Bozdağ-Güzdək palçıq vulkanında püskürmə olub

media-ads_728_90

Abşeron yarımadasında yerləşən “Bozdağ-Güzdək” palçıq vulkanında püskürmə qeydə alınıb.

“TV1” xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, püskürmə yerli vaxtla saat 22:26-da başlayıb və altı dəqiqə davam edib.

Püskürmə bir faza ilə xarakterizə olunub. Palçıq vulkanlarının monitorinqi stansiyalarının məlumatlarına əsasən Bozdağ-Güzdək palçıq vulkanda ocağın dərinliyi 3.0 kilometr, püskürməyin davamlılığı 6 dəq, ayrılan enerjisi isə – 6.32*106 Coul təyin edilib.

media-ads_728_90
Paylaş