Braziliyada təyyarədə yanğın - 180 sərnişin təxliyə edilib
Braziliyada Airbus A320 təyyarəsində yanğın: 180 sərnişin təxliyə edilib
“TV1” xəbər verir ki, Braziliyada LATAM aviaşirkətinə məxsus Airbus A320 təyyarəsində yanğın baş verib.
Hadisə nəticəsində 180 sərnişin dərhal təxliyə edilib. Onlar trap və şişmə xilasetmə slaydları vasitəsilə təyyarədən zolağa endirilib. Ekipajın operativ hərəkəti sayəsində faciənin qarşısı alınıb.








