Bu gün Azərbaycan ilə Özbəkistan arasında münasibətlər müttəfiqlik səviyyəsindədir - İlham Əliyev

media-ads_728_90

Bu gün Azərbaycan ilə Özbəkistan arasında münasibətlər ən yüksək – müttəfiqlik səviyyəsindədir.

“TV1” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Özbəkistanın UzA agentliyinə müsahibəsində bildirib.

“Münasibətlərimizin inkişafına təsir edən digər, əhəmiyyəti heç də az olmayan amil Özbəkistan Prezidenti Şavkat Miromonoviç Mirziyoyev ilə aramızda yaranan şəxsi etimad və dostluq münasibətləridir. Prezidentin dövlətlərarası münasibətlərimizin inkişafına şəxsi töhfəsini, onun çoxşaxəli əməkdaşlığımızın ardıcıl olaraq gücləndirilməsinə daim diqqət yetirməsini xüsusi vurğulamaq istərdim”, – deyə dövlətimizin başçısı əlavə edib.

media-ads_728_90
Paylaş