Bu il çoxmənzilli yaşayış binalarında baş verən yanğınlarda ölənlərin sayı açıqlanıb
Cari il ərzində respublika ərazisində çoxmənzilli yaşayış binalarında 114 yanğın faktı qeydə alınıb.
“TV1” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Qeyd edilib ki, sözügedən yanğınlar nəticəsində 6 nəfər həyatını itirib.
“40 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb”,- qurumdan əlavə edilib.








