Bu ilin 3 ayı ərzində baş verən cinayətlərin 90,1 %-i açılıb

media-ads_728_90

Daxili İşlər Nazirliyi və prokurorluq üzrə 2026-cı ilin ilk üç ay ərzində qeydə alınmış 7 738 cinayətin 90,1 %-i açılıb.

“TV1” xəbər verir ki, bunu daxili işlər naziri Vilayət Eyvazov Daxili İşlər Nazirliyində onlayn formatda keçirilən kollegiya iclasında deyib.

O bildirib ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə cinayətlərin dinamikasında 4,9 faiz azalma baş verib.

Qeyri-aşkar şəraitdə baş verən cinayətlərin, mülkiyyət əleyhinə olanların, o cümlədən oğurluqların açılması yaxşılaşıb, qəsdən adam öldürmə və ona cəhdlərin, cibgirliklərin, quldurluqların, avtonəqliyyat vasitəsini qaçırmaların açılması tam təmin olunub.

Qeyri-leqal dövriyyədən 2 ton 310 kiloqram, ötən ilin analoji dövrü ilə müqayisədə isə 648 kiloqram çox narkotik vasitə çıxarılıb.

media-ads_728_90
Paylaş