Bu tarixlərdə ehtiyatlı olun - Güclü maqnit qasırğası...

media-ads_728_90

Avqustun 19-da Yer kürəsini bu ayın ikinci maqnit qasırğası vuracaq.

“TV1” xəbər verir ki, bu barədə Rusiyanın Günəş astronomiyası laboratoriyası məlumat yayıb.

Orta gücdə olacağı bildirilən qasırğa 1-2 gün davam edəcək. Səbəb Günəşdə yarım milyon kilometr ölçüsündə tac dəliyinin yaranmasıdır.

Günəş küləyinin sürətinin saniyədə 800-900 km-ə qədər artacağı, ən güclü təsirin isə çərşənbə axşamı hiss olunacağı gözlənilir. Bu cür qasırğalar zəifdən güclüyə qədər müxtəlif səviyyələrdə olur. K-indeksi 5-dən yuxarı olan qasırğalar isə artıq insanlarda narahatlıq yarada bilər.

 

media-ads_728_90
Paylaş