Cabir İmanov idman zalında VƏFAT EDİB - YENİLƏNİB

media-ads_728_90

Əməkdar artist Cabir İmanovun bu gün vəfat etməsi ilə bağlı TƏBİB açıqlama verib.

“TV1” xəbər verir ki, açıqlamada deyilir:

“Bu gün saat 13:38-də Səbail rayonu Üzeyir Hacıbəyli küçəsi ərazisindən əməkdar artist Cabir İmanovun (1976-ci il təvəllüdlü) səhhətinin pisləşməsi (yıxılma) səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub: “Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Saat 13:50-də təcili tibbi yardım briqadası tərəfindən əməkdar artistin həkiməqədər ölüm faktı qeydə alınıb”.

14:29 —————————————————————————————————————————

Əməkdar artist Cabir İmanov vəfat edib.

“TV1”  xəbər verir ki, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirib. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, 49 yaşlı aktyor vəfat edib.

Qeyd edək ki, Cabir İmanov 22 iyun 1976-cı ildə Bakı şəhərində anadan olub. O, 1992–2001-ci illərdə “Parni iz Baku” KVN komandasının üzvü olub, 1992-ci ildə KVN çempionu, 1995-ci ildə KVN Yay Kubokunun sahibi və 2000-ci ildə KVN “Əsrin Çempionu” olub.

2001-ci ildən “Planet Parni iz Baku” KVN Teatrının aktyoru idi.

14 sentyabr 2015-ci il tarixdə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb. 16 oktyabr 2021-ci il tarixdə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.

media-ads_728_90
Paylaş