Azərbaycanın neft-qaz sektoruna qoyulan investisiyanın MƏBLƏĞİ

media-ads_728_90

Cari ilin yanvar-may aylarında neft-qaz sektoruna 1 milyard 958,8 milyon manatlıq vəsait yönəldilib.

“TV1” xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə ölkənin neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 21,9 faiz azalıb.

Qeyd edək ki, 2024-cü ilin müvafiq dövründə sözügedən göstərici 2 milyard 468,4 milyon manat səviyyəsində olub.

media-ads_728_90
Paylaş