Cəlilabadda məktəblinin öldürülməsinin TƏFƏRRÜATLARI - YENİLƏNİB

media-ads_728_90

Lənkəran-Astara Regional Təhsil İdarəsindən verilən məlumata görə, bu gün Cəlilabad rayonu Xəlilabad kənd tam orta ümumtəhsil məktəbinin XI sinif şagirdi sinif yoldaşına xəsarət yetirib.

“TV1” xəbər verir ki, məlumatda qeyd olunur ki, hadisə ilə bağlı dərhal Təcili Tibbi Yardım briqadasına və hüquq-mühafizə orqanlarına məlumat verilib:

“Təəssüflə qeyd edirik ki, xəsarət almış məktəbli dünyasını dəyişib”.

İdarədən həmçinin bildirilib ki, hadisə ilə bağlı aidiyyəti üzrə birgə araşdırmalar aparılır:

“Məktəblilərin yeniyetməlik dövrü olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş edirik”.

15:08  ——————————————————————————————————————————————–

Cəlilabadda məktəbdə şagirdlər arasında yaranan mübahisə ölümlə nəticələnib.

“TV1” apa-ya istinadən xəbər verir ki, hadisə Cəlilabad rayonunun Xəlilabad kənd məktəbində baş verib.

Məktəbdə sinif yoldaşları arasında mübahisə yaranıb. Mübahisə zamanı 17 yaşlı yeniyetmə sinif yoldaşına bıçaqla xəsarət yetirib. Xəsarət alan yeniyetmə xəstəxanaya hospitalizasiya olunub. O, xəstəxanada ölüb.

Hadisəni törətməkdə şübhəli bilinən məktəbli polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

media-ads_728_90
Paylaş