Ceyhun Bayramov Ermənistanda və Fransada Azərbaycan-Türkiyə bayraqlarının yandırılmasından DANIŞDI
“ATƏT-in Minsk Qrupunun ləğvi və Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan götürülməsi istiqamətində rəsmi İrəvandan müvafiq addımların atılması gözlənilir”.
“TV1” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, Ermənistanda revanşist meyillərin hələ də mövcud olması ciddi narahatlıq doğurur. Eyni zamanda, Ceyhun Bayramov qeyd edib ki, Ermənistanın sürətlə silahlanması təhdid mənbəyi kimi hələ də qalmaqdadır:
“Bu günlərdə İrəvanda yürüş zamanı Azərbaycan və Türkiyə bayraqlarının yandırılması faktlarına nəzər salmaq istərdim. Eyni hadisə təəssüf ki, dünən Fransada da baş verib. Adları çəkilən ölkələrin müvafiq strukturları başqa bir ölkənin atributlarının yandırılmasını cinayət əməli kimi qiymətləndirmək üçün ciddi addımlar atmalıdır”.