Çin Azərbaycana təşəkkür etdi

media-ads_728_90

Çin İrandan vətəndaşlarının təxliyəsinə köməyinə görə Azərbaycana təşəkkürünü bildirib.

“TV1” xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Qo Tszyatsyun (Guo Jiakun) bu gün keçirilən brifinqdə bəyan edib.

“ÇXR vətəndaşlarının eskalasiya zonasından təxliyəsi zamanı İran, Azərbaycan, Türkmənistan, Ermənistan, Türkiyə, İraq, BƏƏ, Oman, Küveyt, Misir və İordaniya kimi ölkələr Çinə dəyərli dəstək göstəriblər. Buna görə onların hamısına minnətdarlığımızı bildiririk”, – deyə o bildirib.

Qeyd edək ki, 21 iyun tarixinə 740-dan çox Çin vətəndaşı “Astara” sərhəd-keçid məntəqəsi vasitəsilə İrandan Azərbaycana təxliyə edilib.

media-ads_728_90
Paylaş