media-1200x100

Çin Tayvanı qorxuya salacaq hərbi gəmisini TƏQDİM ETDİ

media-ads_728_90

Çin Tayvanı qorxuya salacaq yeni təyyarədaşıyan gəmisini təqdim edib.

“TV1” xəbər verir ki, Çin Xalq Respublikası öz sinfində birinci sayılan yeni “Siçuan” hərbi gəmisini təqdim edib.

40 min ton yerdəyişmə qabiliyyətinə və 260 metr uzunluğuna malik bu nəhəng helikopter daşıyıcısı təkcə helikopter və dronları daşımaq qabiliyyətinə malik deyil, həm də təyyarə və pilotsuz təyyarələrin buraxılması üçün təkmil elektromaqnit atma qurğusu ilə təchiz edilib.

“Bu layihə Çin Xalq Azadlıq Ordusunun amfibiya döyüş qabiliyyətinin genişlənməsini nümayiş etdirir”, – deyə hərbi ekspert Karl Şuster CNN telekanalına açıqlamasında bildirib.

Müşahidəçilər Çinin Tayvan yaxınlığında hərbi fəallığının artmasından narahatdırlar. Təkcə son bir ildə Çin adanın yaxınlığında bir neçə manevr həyata keçirib və həmçinin onun hava məkanına müdaxilələrin sayını artırıb.

Qərb analitikləri “Siçuan” gəmisinin yaradılmasını Tayvana mümkün hücuma hazırlıq kimi qiymətləndirirlər. Bu gəmi iki gün əvvəl nümayiş etdirilən yeni Çin qırıcıları ilə birlikdə adanı ələ keçirmək planları reallaşarsa, Pekin üçün əsas alətə çevrilə bilər.

media-ads_728_90
Paylaş