Çində yeni açılmış körpü uçdu - VİDEO

media-ads_728_90

Dünən Çinin cənub-qərbindəki  məşhur turist əyaləti Sıçuanda Hongqi körpüsü  açılışından  bir neçə ay sonra qismən dağılıb.

“TV1” yerli KİV-ə istinadən xəbər verir ki, körpü mərkəzi Çini magistral yolu ilə Tibetlə birləşdirir. Hələlik yerli hakimiyyət itkilər barədə məlumat verməyib.

Sosial mediada yayılan görüntülərdə yolun və giriş körpüsünün uçması, ardınca körpünün sütunları və göyərtəsinin çökməsi əks olunub. Bu çökmə toz qatı və təsirli sürüşmələr əmələ gətirib. İlk təhlükə əlamətləri bazar ertəsi Hongqi körpüsünün sağ sahilində bəndin deformasiyası aşkar edildikdə ortaya çıxıb.

“Sichuan Daily” xəbər verir ki, yoxlama nəticəsində çökmə riskləri aşkar edilib. Onları aşkar edəndən sonra yerli hakimiyyət orqanları dərhal fövqəladə tədbirlərə başlayıb, magistral və körpüyə girişi bağlayıb.

media-ads_728_90
Paylaş