Culfada baş verən yanğında xəsarət alan azyaşlı ölüb

media-ads_728_90

Naxçıvan Muxtar Respublikası (MR) Culfa şəhərində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı iki nəfər xəsarət alıb.

“TV1” xəbər verir ki, yanğın şəhərdəki beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində qeydə alınıb.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, yanğın söndürülüb.

Yanğın nəticəsində xəsarət alan iki nəfər Culfa Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, daha sonra isə vəziyyətləri nəzərə alınaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına təxliyə ediliblər. Vəziyyətləri normal qiymətləndirilir. 2004-cü il təvəllüdlü Fidan Dünyamin qızı Zeynalova və onun 2023-cü il təvəllüdlü övladı Zeynalov Emil Cəfər oğlu xəsarət alıblar. Onların vəziyyətinin ağır olduğu bildirilir.

xxx

Verilən son məlumata görə, Culfa şəhərində baş verən yanğın zamanı xəsarət alan azyaşlı həyatını itirib. Həkimlərin səylərinə baxmayaraq, yanğın nəticəsində xəsarət alan 2023-cü il təvəllüdlü Emil Cəfər oğlu Zeynalovun həyatını xilas etmək mümkün olmayıb.

Yanğın zamanı xəsarət alan 2004-cü il təvəllüdlü Fidan Dünyamin qızı Zeynalovanın isə müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

media-ads_728_90
Paylaş