Dağıstanda helikopter qəzaya uğrayıb - 4 nəfər ölüb

media-ads_728_90

Dağıstanda helikopter qəzaya uğrayıb.

“TV1” xəbər verir ki, Dağıstan Respublikasının Səhiyyə Nazirliyi qəza nəticəsində dörd nəfərin öldüyünü açıqlayıb.

Qəza nəticəsində 3 nəfər yaralanıb, vəziyyətləri ağırdır.

Yerli KİV Dağıstanda turistləri daşıyan helikopterin qəzaya uğradığını yazıb.

“Baza” Telegram kanalının məlumatına görə, Ka-226 helikopterinin göyərtəsində yeddi nəfər olub. Helikopterin İzberbaş şəhəri yaxınlığındakı istirahət mərkəzində qəzaya uğradığı bildirilib.

media-ads_728_90
Paylaş