Dənizdə batan uşağın meyiti tapıldı

media-ads_728_90

Şüvəlan qəsəbəsində dənizdə batan uşağın meyiti tapılıb.

“TV1” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilir.

Qeyd olunur ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) batan 1 nəfərin (uşaq) axtarışları başa çatıb.

“Batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib”, – deyə məlumatda qeyd edilib.

media-ads_728_90
Paylaş