Dənizdən tanınmış fotoqrafın meyiti tapılıb

media-ads_728_90

Bakıda 39 yaşlı fotoqraf dənizdə boğularaq ölüb.

“TV1” xəbər verir ki, əslən Cəbrayıl rayonundan olan 1986-cı il təvəllüdlü Eltac Rasim oğlu Zeynalovun meyiti dekabrın 6-da Dənizkənarı Milli Parkın sahilində sudan çıxarılıb.

Onun hansı şəraitdə dənizə düşərək boğulması araşdırılır.

Qeyd edək ki, Eltac Zeynalov fotoqrafdır. O, həm də bir sıra sosial layihələrdə könüllü kimi iştirak edirdi.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır. /qafqazinfo/

media-ads_728_90
Paylaş