Dərnəgüldəki güclü yanğınla bağlı RƏSMİ AÇIQLAMA

media-ads_728_90

Bakının Nərimanov rayonu, Ziya Bunyadov prospektində iki tikinti materialları mağazası və anbar yanıb.

“TV1” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə Qərargahının rəis müavini Ruslan Pirəlizadə deyib.

O bildirib ki, FHN-in “112” qaynar telefon xəttinə Bakının Nərimanov rayonu, Ziya Bunyadov prospektində, obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub və əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub:

“Əraziyə nazirliyin qüvvələri cəlb olunub. Yanğın nəticəsində iki ədəd sahəsi 240 kvadrat metr olan tikinti məhsulları satılan mağaza və arxasında 200 kvadrat metr sahəsi olan tikinti materialları anbarı yanıb. Digər mağazalar yanğından mühafizə olunub. Yaxınlıqdakı digər mağzalardakı materiallar çıxarılıb. Yanğın zamanı xəsarət alan olmayıb. Əsas yanan məhsullar boya məhsulları olub. Yanğının başvermə səbəbləri araşdırılır”.

Qeyd edək ki, FHN-nin yaydığı məlumata əsasən, obyektdə baş vermiş yanğın mürəkkəbliyinə baxmayaraq daha geniş sahəyə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.

Həyata keçirilən tədbirlər çərçivəsində FHN-in qüvvələri tərəfindən yanğın ərazisində sahibkarlara məxsus mal-materialların yanğından qorunması məqsədilə təhlükəsiz əraziyə daşınması təmin olunub.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

media-ads_728_90
Paylaş