Diplomatik korpus nümayəndələri Qarabağ Universitetində olublar

media-ads_728_90

Xankəndiyə səfər edən Azərbaycanda akkreditə olunan diplomatik korpus nümayəndələri Qarabağ Universitetində olublar.

“TV1” xəbər verir ki, qonaqlar universitetdə yaradılan şəraitlə tanış olublar.

Təhsil müəssisəsinin rektoru Şahin Bayramov diplomatlara universitet barəsində məlumat verib.

Qeyd edək ki, bu gün Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri (səfirlər və müşavirlər) Xankəndiyə səfər ediblər. Səfər diplomatik korpus nümayəndələrini Xankəndi və Şuşa şəhərləri ilə tanış etmək məqsədi daşıyır. Səfər çərçivəsində onların Qarabağ Universiteti, Xankəndi şəhərinin mərkəzi, Şuşa şəhərində Qarabağ küçəsi, Aşağı Gövhər Ağa məscidi və Şuşada birinci yaşayış kompleksini ziyarət etməsi nəzərdə tutulub.

media-ads_728_90
Paylaş