Diplomatik korpus nümayəndələri Şuşaya səfər ediblər
Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri (səfirlər və müşavirlər) Şuşa şəhərinə səfər edib.
“TV1” xəbər verir ki, diplomatlar ilk olaraq Qarabağ küçəsi ilə tanış olublar.
Daha sonra onlar Aşağı Gövhər Ağa məscidini ziyarət ediblər.
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qonaqları tikili barədə məlumatlandırıb.
Növbəti mərhələdə onlar Şuşada birinci yaşayış kompleksi ilə tanış olublar.
Sonda isə diplomatik korpus üzvləri İsa bulağına baş çəkiblər.