Dubaydan gələn sərnişində 700 karatdan artıq brilyant qaşlar aşkarlanıb

media-ads_728_90

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları brilyant qaşların növbəti dəfə ölkənin gömrük sərhədindən qanunsuz keçirilməsi cəhdinin qarşısını alıblar.

“TV1” xəbər verir ki, bu barədə Komitənin yaydığı məlumatda bildirilir.

Qeyd olunur ki, Dubay-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşının əl yükünə baxış zamanı monitorda şübhəli təsvirlər müşahidə olunub və gömrük yoxlaması tətbiq edilib.

Yoxlama nəticəsində həmin şəxsin çamadanında gömrük nəzarətindən gizlədilən 24 ədəd kiçik ölçülü sellofan paketlərdə 700,6 karat brilyant qaşlar aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

media-ads_728_90
Paylaş