media-1200x100

Dünyanın ən bahalı futbolçuları - SİYAHI

media-ads_728_90

Dünyanın ən bahalı futbolçularının yenilənmiş siyahısı məlum olub.

“TV1” xəbər verir ki, siyahıda 1-2-ci yerləri “Real”ın vingeri Vinisius Junior və “Mançester Siti”nin hücumçusu Erlinq Haaland bölüşür.

Hər iki futbolçunun qiyməti 200 milyon avrodur. 3-cü pillədə isə “Barselona”nın gənc ulduzu Lamin Yamaldır.

Dünyanın ən bahalı 10 futbolçusu:

1. Vinisius Junior (“Real”) – 200 milyon avro

2. Erlinq Haaland (“Mançester Siti”) – 200 milyon avro

3. Lamin Yamal (“Barselona”) – 180 milyon avro

4. Cud Bellinqem (“Real”) – 180 milyon avro

5. Kilian Mbappe (“Real”) – 160 milyon avro

6. Bukayo Saka (“Arsenal”) – 150 milyon avro

7. Florian Virtz (“Bayer”) – 140 milyon avro

8. Camal Musiala (“Bavariya”) – 140 milyon avro

9. Koul Palmer (“Çelsi”) – 130 milyon avro

10. Federiko Valverde (“Real”) – 130 milyon avro.

media-ads_728_90
Paylaş