Əflatun Amaşov qəzaya düşüb - VİDEO
Sabiq deputat, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov qəzaya düşüb.
“TV1” “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Bakı-Şamaxı yolunda qeydə alınıb.
Qəza ilə bağlı yayılan videoda bir maşının aşdığı, Ə.Amaşovun isə yerdə yaralı vəziyyətdə olan şəxsin yanında dayandığı görünür.
Hadisə ilə əlaqədar eks-deputatın oğlu Orxan Amaşov “Yeni Sabah”a bildirib ki, hazırda atasının səhhəti yaxşıdır: “Narahatlığa heç bir səbəb yoxdur. Xəstəxanaya aparılıb və lazımi tibbi tədbirlər görülüb”.








