Ən uzunmüddətli maqnit qasırğalarından biri sona çatdı

media-ads_728_90

Təxminən dörd gün davam edən ən uzunmüddətli maqnit qasırğalarından biri sona çatıb.

“TV1” xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun günəş astronomiyası laboratoriyasının rəhbəri Sergey Boqaçov açıqlama verib.

O bildirib ki, geomaqnit qasırğalarının başlanğıc və sonunu qeyd etmək üçün istifadə olunan əsas planetar indeks artıq yaşıl zonaya düşüb:

“Yerüstü maqnitometrlərin məlumatları və günəş küləyinin ölçülməsinə əsasən, bütün həftə ərzində davam edən maqnit qasırğası başa çatıb. Yerin geomaqnit vəziyyətində sürətli sabitləşmə müşahidə olunur”.

media-ads_728_90
Paylaş