Ermənistanda zəlzələ olub - Naxçıvanda hiss edilib

media-ads_728_90

Heydərabad stansiyasından 14 km şimal-şərqdə, Ermənistan ərazisində zəlzələ olub.

“TV1” xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosunun məlumatında bildirilir.

Zəlzələ yerli vaxtla 09:57-də qeydə alınıb.

3 km dərinlikdə baş vermiş 3.2 maqnitudalı yeraltı təkan 3 bal gücündə Sədərək rayonunun Heydərabad qəsəbəsində hiss edilib.

media-ads_728_90
Paylaş