media-1200x100

FHN-in həkimi: Təyyarə qəzası nəticəsində xəsarət alan sərnişinlərdən üçünün vəziyyəti ağır qimətləndirilir

media-ads_728_90

“Azərbaycan Hava Yolları”nın təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğramasından sonra Prezident İlham Əliyevin tapşırığına əsasən Fövqəladə Hallar Nazirliyinin tibbi xidmətinin, xilasetmə qüvvələrinin əməkdaşları xüsusi texnikalarla hadisə yerində fəaliyyət göstərirlər.

“TV1”  xəbər verir ki, bu sözləri hadisə yerinə ezam olunmuş jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin tibbi xidmətinin həkimi Nigar Pənahova bildirib.

Onun sözlərinə görə, tibbi xidmətin tərkibində olan psixoloq qrupu zərərçəkmişlər görüşüb, onlara psixoloji xidmət göstərib. “Ümumi olaraq 29 nəfər zərərçəkmiş var. 27 nəfər Mangistau regional xəstəxanasına yerləşdirilib. İki uşaq isə başqa xəstəxanaya aparılıb. Xəstələrdən üçünün vəziyyəti ağır qiymətləndirilir”, – deyə o bildirib.

N.Pənahova qeyd edib ki, vəziyyəti normal olan xəstələrin yaxın zamanda Bakıya köçürülməsi gözlənilir.

Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan “Embraer 190” sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan vətəndaşı olub.

“İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub”, – deyə Nazirliyin məlumatında bildirilir.

AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

media-ads_728_90
Paylaş