FHN qar uçqunu təhlükəsi ilə əlaqədar əhaliyə müraciət etdi

media-ads_728_90

Fövqəladə Hallar Nazirliyi (FHN) qar uçqunu təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edib.

“TV1” xəbər verir ki, bu barədə FHN-nin məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, temperaturun yüksəlməsi fonunda iyun ayının 3-nə kimi yüksək dağlıq ərazilərdə qar uçqunu ehtimalı mövcuddur.

Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyi vətəndaşları göstərilən müddətdə yüksək dağlıq ərazilərə səfərlərdən çəkinməyə, belə bir zərurət yarandıqda isə müvafiq təhlükəsizlik qaydalarına əməl etməyə, o cümlədən qar uçqunu ehtimalı olan yerlərdən, habelə dik yamaclardan kənar gəzməyə çağırır.

media-ads_728_90
Paylaş