Fon der Lyayenin təyyarəsi hücuma məruz qalıb - Avropa Komissiyası təsdiqlədi
Avropa Komissiyasının mətbuat katibi Arianna Podesta Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayenin təyyarəsinin GPS-ə müdaxilə yolu ilə hücuma məruz qalması barədə məlumatı təsdiqləyib.
“TV1” xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
“Biz təsdiq edə bilərik ki, GPS naviqasiyası pozulub, lakin təyyarə uğurla eniş edib” – deyə A.Podesta bildirib.
Qeyd edək ki, təyyarənin pilotları təyyarəni kağız xəritələr əsasında endirməyə müvəffəq olublar.