“Formula 1”in keçirilməsinə 168 milyon manat xərclənib

media-ads_728_90

2024-cü ildə Bakıda “Formula 1” Azərbaycan Qran-Prisinin keçirilməsi üçün 168 milyon manat xərclənib.

“TV1” xəbər verir ki, bu, “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, ötən il ümumilikdə dövlət büdcəsindən beynəlxalq, ölkə səviyyəli və bu qəbildən olan digər tədbirlər üçün 195,9 milyon manat vəsait istifadə edilib.

media-ads_728_90
Paylaş