Füzulidə kanalda batan yeniyetmənin axtarışları davam edir
Füzuli rayonunda kanalda batan məktəblinin axtarışlarına başlanılıb.
“TV1” xəbər verir ki, hadisə dünən rayonun Kərimbəyli kəndi ərazisində baş verib.
Kənd sakini 2009-cu il təvəllüdlü Nihad Vüqar oğlu Nağızadənin ərazidən keçən su kanalında batdığı ehtimal edilir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Dalğıc Axtarış Qrupu axtarış aparılması üçün əraziyə cəlb edilib.
Qeyd edək ki, N.Nağızadə orta məktəbin 10-cu sinif şagirdidir.