Gəncədə ağır QƏZA - Ölən və yarlılar var

media-ads_728_90

Dünən saat 12:00-da Gəncə şəhərinin Ə.Rəfibəyli küçəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. İlkin ehtimala əsasən, yüksək sürətlə hərəkət edən “Haval” markalı, 20-EF-785 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qarşısına anidən digər avtomobilin çıxması nəticəsində sürücü idarəetməni itirib və nəticədə yol kənarında hərəkət edən üç piyadanı vurub.

“TV1” xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Hadisə nəticəsində bir piyada hadisə yerində dünyasını dəyişib, digər iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır, hadisənin bütün təfərrüatları dəqiqləşdirilir.

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə bir daha xatırladır ki, yüksək sürət və təhlükəsizlik tələblərinə laqeyd yanaşmaq faciəvi nəticələrə gətirib çıxarır:

“Unutmayaq ki, yol hərəkəti qaydalarına əməl etmək sadəcə vəzifə deyil, həm də hərəkət iştirakçılarının təhlükəsizliyinə göstərilən hörmətdir”.

media-ads_728_90
Paylaş