Gəncədə beş nəfər qidadan zəhərlənib
Gəncədə qidadan zəhərlənən 5 nəfərə mədə-bağırsaq pozğunluğu diaqnozu təyin edilib, pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
“TV1” xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında bildirilir.
Qeyd olunur ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə aprelin 22-si saat 07:30 radələrində 5 nəfər (4 qadın, 1 kişi) hospitalizasiya olunub.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
Qeyd edək ki, Gəncədə beş nəfər qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Bunlar E.Ramazanov (1992), Ş.Ramazanova (1994), R.Ramazanlı (2016), R.Ramazanlı (2017) və Z.Ramazanlıdır (2022). Faktla bağlı araşdırma aparılır.