Gəncədə evdə partlayış olub - Xəsarət alan var
Gəncədə evdə qaz partlayıb.
“TV1” xəbər verir ki, şəhərdə 5 mərtəbəli yaşayış binasında anidən partlayış olub. Nəticədə, 1985-ci il təvəllüdlü E.Qurbanov xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Bina sakinləri təxliyə edilib. Əraziyə FHN əməkdaşları cəlb edilib.