Gəncədə maşın 4 piyadanı vurdu - Ölən və yaralananlar var

media-ads_728_90

Gəncədə avtomobil yolu keçmək istəyən 4 piyadanı vurub.

“TV1” xəbər verir ki, nəticədə1959-cu il təvəllüdlü Qəribə Səfərova xəstəxanaya aparılarkən ölüb.

2008-ci il təvəllüdlü Pakizə Məmmədova, 1 yaşlı N. Məmmədov və daha bir nəfər xəstəxanaya yerləşdilib. Onların vəziyyəti orta-ağırdır.  Qeyd edək ki, “Mitsubishi Pajero” markalı avtomobil idarəetmədən çıxaraq səki ilə hərəkət edən piyadaları vurub, daha sonra isə rabitə xəttini və ağacı qırıb.

Faktla bağlı araşdırma başlanılıb.

 

media-ads_728_90
Paylaş