Gəncədə məktəbli oğlan qətlə yetirilib
Gəncədə 16 yaşlı yeniyetmə qətlə yetirilib.
“TV1” xəbər verir ki, hadisə şəhərin Mahrasa bağı yaşayış massivində, 15 saylı uşaq bağçasının yaxınlığında qeydə alınıb.
İlkin məlumata görə, iki yeniyetmə arasında mübahisə zamanı 2009-cu il təvəllüdlü V.Rəfibəyli bıçaqlanıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Qətli törədən şəxsin müəyyən edilməsi və saxlanılması istiqamətində polis tərəfindən axtarış tədbirləri həyata keçirilir.
Qətlə yetirilən yeniyetmənin 10-cu sinif şagirdi olduğu bildirilir.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma başlanılıb. //qafqazinfo.az/