Gəncədə məktəblilər arasında İNSİDENT - Xəsarət alan şagirdin vəziyyəti ağırdır
Gəncədə məktəblilər arasında dava olub. Əhməd Cavad adına 2 nömrəli tam orta məktəbin şagirdləri – 2009-cu il təvəllüdlü Fərid Quliyev, 2010-cu il təvəllüdlü Amin Hümbətov və Raul Hüseynov müxtəlif dərəcəli xəsarətlər alıblar.
“TV1” xəbər verir ki, modern.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, hadisə zamanı xəstəxanaya 1 nəfər gətirilib.
Qeyd edilib ki, 22.04.2025-ci il tarixində saat 14:10 radələrində 2008-ci il şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Sol gözünün hematoması və dəqiqləşdirilməmiş kəllə-beyin travması diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir.
Xatırladaq ki, Gəncə şəhərində məktəblilər arasında baş verən insident zamanı bir şagird xəsarət alıb. Bu barədə DİN Mətbuat xidməti Gəncə Regional Qrupundan bildirilib. Qeyd edilib ki, Gəncə şəhərindəki məktəblərdən birində şagirdlər arasındakı insidentlə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalar davam etdirilir. Araşdırmalar zamanı başqa bir şagirdin xəsarət alaraq xəstəxanaya müraciət etməsi məlum olub. Hazırda müvafiq ekspertizalar təyin olunub, araşdırmalar davam etdirilir.