Gömrük sərhədindən külli miqdarda brilyantın qanunsuz keçirilməsinin qarşısı alınıb

media-ads_728_90

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları brilyant qaşların ölkənin gömrük sərhədindən qanunsuz yolla keçirilməsinin qarşısını alıblar.

“TV1” xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşının əl yükünə gömrük yoxlaması keçirilən zaman monitorda şübhəli cizgilərlə müşayiət olunub və gömrük yoxlaması tətbiq edilib.

Yoxlama zamanı həmin şəxsin çantasında olan pul qabında gömrük orqanlarına bəyan edilməyən 7 ədəd kiçik ölçülü sellofan paketlərdə 111.95 karat brilyant qaşlar aşkarlanıb.

media-ads_728_90
Paylaş