Goranboyda 11-ci sinif şagirdi itkin düşüb - FOTO
Goranboyda məktəbli itkin düşüb.
“TV1” xəbər verir ki, rayonun Səfikürd kənd tam orta məktəbinin 11-ci sinif şagirdi İsayev Ümid Azad oğlu avqustun 18-də evdən çıxaraq gedib və bir daha geri qayıtmayıb.
Yaxınlarının bildirdiyinə görə, Ü.İsayev evdən çıxanda başında kepka, gözündə eynək olub.
Faktla bağlı polisə məlumat verilib.