Goranboyda kütləvi dava olub, xəsarət alanlar var

media-ads_728_90

Goranboy rayonunda kütləvi dava olub.

“TV1” xəbər verir ki, hadisə rayonun Veyisli kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakinləri E.Abuzərov, T.Zeynalov və E.Mustafayev mübahisə zəminində bir-birilərinə müxtəlif alətlərlə xəsarət yetiriblər.

Hər üçü xəstəxanaya yerləşdirilib. Mübahisənin səbəbi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır./report

media-ads_728_90
Paylaş