Goranboyda qardaş bacısını bıçaqlayıb

media-ads_728_90

Goranboy rayonunda qadın qardaşı tərəfindən bıçaqlanıb.

“TV1” xəbər verir ki, Goranboy rayon sakini, 1987-ci il təvəllüdlü G. Nəcəfova mübahisə zəminində bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib.

Ona xəsarət yetirməkdə şübhəli bilinən şəxs isə qardaşı 1993-cü il təvəllüdlü S.Nəcəfovdur.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Goranboyda bacısına kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan bildirilib ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində G.Nəcəfovaya kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 32 yaşlı Samir Nəcəfov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir. /report/

media-ads_728_90
Paylaş