Göygöldə avtomobil qəzasında iki gənc ölüb, daha iki nəfər xəsarət alıb

media-ads_728_90

Göygöl rayonunda avtomobil qəzası olub.

“TV1” xəbər verir ki, “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Avtomobilin qəzaya uğraması nəticəsində rayonun Qızılca kənd sakinləri; – 2008-ci il təvəllüdlü Sənan Əsgərov və 2009-cu il təvəllüdlü Tunar Süleymanov xəsarət alıblar.

Qəza zamanı ağır xəsarət alan daha iki nəfər – 2009-cu il təvəllüdlü İspi Alıyev və həmyaşıdı Elvin (soyadı dəqiqləşdirilir) hadisə yerində ölüblər.

Hadisə yerinə təcili yardım maşını və yol polisi əməkdaşları cəlb olunub.

Yaralılar xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

media-ads_728_90
Paylaş