Göygöldə şagirdlər arasında zəhərlənmə hadisəsi nəzarətə götürülüb - YENİLƏNİB 2

media-ads_728_90

Göygöl rayonunun Aşıqlı kənd tam orta məktəbində 10 şagirdin zəhərlənmə şübhəsi ilə Göygöl Rayon Mərkəzi Xəstəxanasına müraciət olunub.

“TV1” xəbər verir ki, şagirdlərə “dəqiqləşdirilməmiş qeyri-infeksion qastroenterit” diaqnozu qoyulub. Hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilir və ambulator müalicə üçün evə buraxılıblar.

Qida Təhlükəsizliyi Agentliyindən faktla bağlı araşdırmalara başlanılıb. Nümunələr götürülərək müayinələrə cəlb olunub.

10:34

Fevralın 16-da saat 13:00 radələrində Göygöl rayonu ərazisində zəhərlənmə şübhəsilə 10 nəfər (7 kişi, 3 qadın) yeniyetmə Göygöl Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

“TV1” xəbər verir ki, bu barədə Göygöl Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

“Onlara digər dəqiqləşdirilməmiş qeyri-infeksion qastroenteritlər və kolitlər diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslərin hər biri ambulator müalicə üçün evə buraxılıb”, məlumatda deyilir.

09:30

Göygöldə orta məktəbdə kütləvi zəhərlənmə olub.

“TV1” xəbər verir ki, hadisə C.Verdiyev adına Aşıqlı kənd tam orta məktəbində qeydə alınıb.

Belə ki, ötən gün dərs prosesi zamanı məktəbin 10-a yaxın aşağı sinif şagirdi özlərini pis hiss edib. Dərhal şagirdlər xəstəxanaya yerləşdirilib, onlara yardım göstərilib.

İlkin iddialara görə, şagirdlər məktəbdə yedikləri qidadan zəhərləniblər.

Məktəbdən APA-ya verilən xəbərə görə, hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə araşdırma aparılır.

media-ads_728_90
Paylaş