Günəşdə güclü PARTLAYIŞ
İyunun 3-ü səhər saatlarında Günəşdə ən yüksək X sinfinə yaxın yeni partlayış qeydə alınıb.
“TV1” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.
“İyunun 3-ü Moskva vaxtı ilə saat 10:00-da (Bakı vaxtı ilə saat 9:00 – red.) 4455 günəş ləkəsi qrupunda (N15W16) rentgen diapazonunda 27 dəqiqə davam edən M7.8 partlayışı qeydə alınıb”, – deyə məlumatda bildirilib.
Daha əvvəl M9.3 partlayışı barədə məlumat verilmişdi.








