Günəşdə ikinci ən böyük partlayış olub

media-ads_728_90

Günəşdə əvvəlki iki ayda baş verən ən böyük partlayışa bərabər və sondan əvvəlki güc sinfinə aid yeni partlayış qeydə alınıb.

“TV1” xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

“Günəşdə yeni güclü partlayış Bakı vaxtı ilə saat 9:25-də qeydə alınıb”, – deyə məlumatda bildirilib.

Rentgen şkalasında hadisənin balı M4.52 təşkil edib. Tədqiqatçılar qeyd ediblər ki, gecə ərzində ulduzun aktivliyi artıb və mövcud tendensiyalardan çıxış edərək, 24 saat ərzində ən yüksək X səviyyəsini keçməlidir.

Bundan əlavə, alimlərin sözlərinə görə, sutka ərzində aktiv günəş mərkəzləri yerdəyişmə edib və onların bir hissəsi Günəş-Yer xəttindən 50 dərəcə məsafədə yerləşir.

media-ads_728_90
Paylaş