Gürcüstanın sabiq prezidenti ABŞ-da dərs deyəcək
Gürcüstanın eks-prezidenti Salome Zurabişvili ABŞ-ın Makkeyn İnstitutunda Henry Kissinger təqaüd proqramına qəbul edilib.
“TV1” xəbər verir ki, institutun rəsmi saytında bildirilir ki, Salome Zurabişvili öz diplomatik və siyasi təcrübəsindən istifadə edərək gələcəkdə Gürcüstanda yeni seçkilərin keçirilməsinə və ölkənin demokratik yolla irəliləməsinə töhfə verməyi planlaşdırır.
Qeyd edək ki, keçmiş prezident Salome Zurabişvili Gürcüstanda keçirilən son seçkilərdən sonra ölkəsini tərk edib. O, özü ilə prezident ştandartını da aparıb.
Xatırladaq ki, institut 2012-ci ildə senator Con Makkeynin prezidentlik kampaniyasından qalan pulla təsis edilib. İnstitutun keçmiş donorları arasında Corc Soros, “Speys X” şirkəti, Səudiyyə Ərəbistanı və Danimarka hökumətləri olub.