Hacıqabulda bəzi əraziləri su basıb - VİDEO
Hacıqabulda bəzi ərazilər su basıb.
“TV1” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə intensiv yağışlarla əlaqədar Hacıqabul rayonunda bəzi ərazilərin subasmaya məruz qalması barədə məlumatlar daxil olub.
Məlumatlarla əlaqədar dərhal FHN-in Muğan Regional Mərkəzinin qüvvələri ərazilərə cəlb olunub.
Hazırda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi işləri həyata keçirilir.
Bundan əlavə, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən rayonun Qarasu kəndi yaxınlığında ferma ərazisində köməksiz vəziyyətdə qalmış 2 nəfər təxliyə edilib.