Hakan Fidan Şimali Kipr Türk Cümhuriyyətində səfərdədir
Türkiyənin xarici işlər naziri Hakan Fidan Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) işgüzar səfərdədir.
“TV1” xəbər verir ki, Hakan Fidan Lefkoşada ŞKTC-nın xarici işlər naziri Tahsin Ertuğruloğlu ilə görüşüb.
Səfər çərçivəsində Türkiyənin XİN başçısı Şimali Kipr Prezidenti Ersin Tatar ilə də görüşəcək.
Görüşdən sonra Hakan Fidan ilə Ersin Tatarın mətbuata birgə açıqlama vermələri nəzərdə tutulub.