Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir

media-ads_728_90

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) hazırda itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir. Hər işin arxasında da qeyri müəyyənliklərlə yaşayan ailələr var.

“TV1” xəbər verir ki, bunu BQXK-nın Mərkəzi Axtarış Agentliyinin rəhbəri Kristian Rivye Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfrans çərçivəsində keçirilən plenar sessiyada çıxış edərkən deyib.

“Dünyada münaqişələr artır, ölkələr məsuliyyətlərinə sahib çıxmır. Ümid edirəm ki, bugünkü beynəlxalq konfrans mənalı nəticələr və müvafiq tədqiqat bacarıqlarını ortaya çıxaracaq. Qeyd edim ki, münaqişələr nəticəsində itkin düşmüşlərin ailələrinin suallarının cavablandırılması asan məsələ deyil. Bu məsələdə düşmənlə münasibət qurmaq da lazımdır. Bu doğru yoldur və bunun üzərində siyasətçilər işləməlidirlər. Çünki etimad fəaliyyət nəticəsində qazanılır. Həmçinin itkin düşmüş ailələr bəzən sülhün elçiləri kimi çıxış edə bilərlər”, – deyə o qeyd edib.

media-ads_728_90
Paylaş