Hazırlığa apardığı məktəbliyə qeyri-etik hərəkətlər edən taksi sürücüsü həbs edildi

media-ads_728_90

Bakıda məktəbliyə qarşı qeyri-etik hərəkətlər edən taksi sürücüsü polis əməkdaşları tərəfindən müəyyən edilərək məsuliyyətə cəlb olunub.

“TV1” xəbər verir ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı Yasamal rayonu ərazisində “BYD” markalı, 77-VK-571 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Emin Oruczadənin hazırlığa apardığı şagirdə qarşı etik normalara zidd davranış etdiyi müəyyən edilib və o saxlanılıb.

E.Oruczadə müvafiq qərarla həbs olunub. /qafqazinfo/

media-ads_728_90
Paylaş