Həftənin ən YAXŞISI - Çempionlar Liqası
UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu üçün səsvermə başa çatıb.
“TV1” xəbər verir ki, UEFA-nın rəsmi saytının məlumatına görə, mükafatı “İnter”in qapıçısı Yann Sommer qazanıb.
Y.Sommer səsvermədə PSJ-nin müdafiəçisi Aşraf Hakimini qabaqlayıb.
İsveçrəli qolkiper “Barselona” ilə yarımfinal mərhələsinin cavab oyununda (4:3) 5-i cərimə meydançası daxilində olmaqla 7 seyv edib.
Xatırladaq ki, Çempionlar Liqasının finalında “İnter” və PSJ üz-üzə gələcək. Həlledici qarşılaşma mayın 31-də Münhendəki stadionda baş tutacaq.








